Qafqaz TV-nin baş direktoru Eltən Törəçinin dəvəti ilə bu gün “Çöldə yaşam öyüdləri” verlişinin qonağı oldum. Verlişin müəllifi və aparıcısı Eltən bəydir. Verliş Qubanın dağlıq ərazisində, mənim üçün tamamilə yeni bir formatda çəkildi. Qeyri-formal suallar, tam yeni abu-hava, dağ havası çəkilişi həm maraqlı həm də təkrarolunmaz etdi. Çəkilişin sonunda maraqlı ox atmaq təcrübəm oldu. 2-3 həftədən sonra verliş yayımlanacaq. Mütləq sizinlə paylaşacağam.