İKZF öz əməkdaşlarının “Agile Mindset” yönümlü təfəkkürünü inkişaf etdirməyə qərar verib və hesab edirəm ki, oxşar qurumlar üçün bu çox mütərəqqi və perspektivli bir addımdır!
Dəyişikliklərə hazır olmaq, daim inkişaf etmək, dəyişikliklərdən çəkinməmək, öyrənmək, yenə öyrənmək, müştərilərin yeni ehtiyaclarına uyğunlaşmaq… bu və digər bacarıqları, biz, Agile metodikalarının 4 dəyəri və 12 iş prinsipinin öyrənilməsinin və tədbiq etməsinin gedişatında nəzərdən keçirir və müzakirə edirik.
Bəs siz nə dərəcədə “Agile” olmağa hazırsınız? İşlə bağlı yanaşmalarınızı dəyişməyə hazırsınızmı ?