Project Description

Görəsən beynimiz müxtəlif vəziyyətlərdə qəfil dəyişikliklər ilə bərabər dəyişməyə, “çevik” olmağa hazırdırdırmı? Mən bu suala cavab tapmaq üçün, 8 ay “Agile Mindset “ mövzusunu dərindən araşdırdım və hətta xüsusi sertifikasiyadan da keçdim.
Çoxsaylı sponsorların dəstəyi ilə, Qafqaz Baku City Hotel & Residences’də 13-14 iyun tarixlərində keçirdiyim yeni “Agile Mindset” təlim proqramına bir sıra rəhbər vəzifəli şəxslər, iş adamları və biznes sahibləri qatıldı. Bu dinamik təlim proqramı çərçivəsində biz “Agile” dəyərləri və prinsipləri üzərində işlədik, hansı səriştələrin inkişaf etdirilməsinin vacibliyini müzakirə etdik, cüt və qrup şəklində müxtəlif tapşırıqlar və çalışmalar yerinə yetirdik, otel personalının göstərdiyi yüksək keyfiyyətli servisin, qəhvə və nahar fasilələrində səmimi ünsiyyətin və yeni tanışlıqların zövqünü yaşadıq.
Əziz və dəyərli dostlar!
Təlim ərzində nümayiş etdirdiyiniz yüksək fəallığa, aramsız diqqətə, müsbət rəylərə, ələlxüsus, sponsorların mənə göstərdiyi yüksək etimada görə, hamınıza öz dərin minnətdarlığımı bildirirəm.
Yenidən görüşmək ümidi ilə!

Agile Mindset 1 gün

Baxmaq daha böyük şəkil

Agile Mindset 2 gün

Baxmaq daha böyük şəkil